Canlı
Gömrük nəzarətindən gizlədilən pirotexniki mallar aşkar olunub

2017-12-29 / 16:05

Tovuz Gömrük İdarəsinin əməkdaşları pirotexniki malların qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. İdarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn iki Azərbaycan vətəndaşının idarə etdikləri avtomobillərdə ümumilikdə 1209 qutu pirotexniki vasitə aşkar olunub. Gürcüstandan piyada gələn Azərbaycan vətəndaşının üzərində gömrük nəzarəti zamanı isə 32 qutu pirotexniki vasitə aşkarlanıb.

Vüsalə Camal