Canlı
Gömrükçülər yük maşınında qumbara aşkarladılar

Astara Gömrük İdarəsinin yük şöbəsində İran İslam Respublikasından daxil olan yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib. Yoxlama zamanı Azərbaycan vətəndaşı Əkbərağa Həşimovun idarə etdiyi "Kamaz" markalı nəqliyyat vasitəsinin kabinəsində, arxa hissədə yataq üçün nəzərdə tutulmuş döşəyin altında döyüş sursatı hesab edilən "F-1" markalı, müdafiə təyinatlı 1 ədəd əl qumbarası aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Vüsalə Camal