Gömrükçülər Rusiya istiqamətindən daxil olan avtomobilə baxış keçiriblər

2019-08-07 15:12

Gömrükçülər "Xanoba" gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiya istiqamətindən daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Lada Priora" markalı avtomobilə baxış keçiriblər. Yoxlama zamanı nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilən, stomatologiya sahəsində istifadə edilən 10 adda 1131 ədəd tibbi maddə və ləvazimatlar aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Vəfa Şairova