Canlı
Gömrükçülər pirotexniki vasitələr aşkarladılar

2018-12-05 / 16:37

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan qayıdan, Azərbaycan vətəndaşının idarə etdiyi "İsuzu" markalı avtomobil saxlanılıb. Yoxlama zamanı avtomobilin salonunda, sol karnizlərin içərisində xüsusi düzəldilmiş saxlanc yerində, ümumilikdə 8332 ədəd pirotexniki vasitə aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Vüsalə Camal