Gömrükçülər kartof yükünün içərisində 213 kiloqramdan artıq heroin aşkarlayıblar
2021-04-13 18:07
Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ukraynaya kartof yükü aparan Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb. 119 ədəd kisədə "örtücü mal" qismində istifadə olunmaq məqsədilə yığılan kartofların arasından 213 kq 241 qram heroin aşkarlanıb.
Fərid Mehdiyev