Canlı
Gömrükçülər 1,15 mln. rubl müsadirə ediblər

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Samur” gömrük postundan keçməklə ölkəmizdən Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, nəticədə, həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilməmiş 1,15 mln. Rusiya rublu aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Ruhəngiz Hacızadə