Gəncədə qadına qarşı soyğunçuluq edən şəxslər saxlanılıblar
2020-02-25 16:05
Gəncədə şəhər sakini Elnarə Əhmədovaya qarşı zor tətbiq edərək 3200 manat dəyərində boyun bağını ələ keçirənlər - Ağdam sakini 26 yaşlı Əyyub Razimço və Bərdə sakini 23 yaşlı Surxay Həsənov saxlanılıblar. Onlar qızıl zinət əşyasını Bərdədə satıb, puluna isə elə həmin rayondaca narkotik vasitə əldə ediblər. Hazırda hər iki şəxsin barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.
Vüsalə Camal