Gəncədə azyaşlılara tütün məmulatları satan şəxslər cərimələniblər
2020-01-16 12:05
Gəncədə azyaşlılara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib. Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı əksər ticarət obyektlərində və köşklərdə hələ də azyaşlılara siqaret və spirtli içkilər satıldığı müəyyən edilib. Mağaza sahibləri inzibati qaydada cərimələnib.
Vəfa Şairova