Gəncədə ölüm və xəsarətlə nəticələnən qəzalar olub
2021-09-14 10:05
Gəncənin Üzeyir Hacıbəyli prospektində avtomobil yolu keçmək istəyən kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Bundan başqa, şəhər ərazisində "Priora" markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil bazarın 2 mühafizəçisini vuraraq onlara xəsarət yetirib. Hadisə zamanı sürücü özü də yaralanıb. Göygöldə isə "KamAZ" markalı yük maşını yoldan çıxaraq aşıb. Sərnişin Ramal İsrafilov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Vüsalə camal