Göygöldə 2 nəfər avtomobildə yanaraq ölüb
2020-07-30 18:07
Göygölün Hacıməlik kəndində hərəkətdə olan "VAZ 21099" markalı minik maşını yanıb. Avtomobilin sürücüsü, 42 yaşlı Bayram Verdiyev və sərnişin, 36 yaşlı Fəridə Verdiyeva yanaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
Vəfa Şairova