"Fənərbağça" yeni transferini icarəyə verdi
Türkiyənin "Fənərbağça" klubu yeni transferi Emre Demiri icarəyə verib. 19 yaşlı yarımmüdafiəçi karyerasını "Samsunspor"da davam etdirəcək. Emre Demir yanvarın 31-də "Fənərbağça" ilə 4,5 illik müqavilə imzalayıb. O, İstanbul təmsilçisindən əvvəl İspaniyanın "Barselona" klubunun əvəzedici komandasında çıxış edib.
Vüsalə Cənnətova