Füzulidəki Hacı Ələkbər məscidi işğaldan sonra yararsız hala düşüb
2020-12-07 16:09
Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir. Mədəniyyət Nazirliyindən bildilib ki, məscidin giriş qapısı üzərindəki daş kitabədə “Memar Kərbalayı Səfixan Qarabağinin işidir” – sözləri yazılıb. Kitabədə məscidin tikilmə tarixi də 1889-1890-cı illərə uyğun gəlir. Füzulinin Ermənistan tərəfindən işğalı dövründə Hacı Ələkbər məscidi yararsız hala düşüb.
Vüsalə Camal