Füzulidə yük avtomobili maşına çırpılıb, ölən var
Füzulidə 1992-ci il təvəllüdlü Cəlal Kərimlinin idarə etdiyi "Qazel" markalı yük avtomobili ötmə əməliyyatını yerinə yetirərərkən 1978-ci il təvəllüdlü Elşən Məmmədovun idarə etdiyi "Daewoo" ilə toqquşub. Zərbənin nəticəsində "Daewoo" aşıb. Minik avtomobilin sərnişini, 1955-ci il təvəllüdlü Rahilə İmaməliyeva hadisə yerində ölüb, hər iki sürücü xəsarət alıb. Beyləqanda isə avtomobil yolu keçən 1967-ci il təvəllüdlü Süleymanov Azər Fərrux oğlunu vurub. Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti ağır qiymətləndirilir.