Füzuli və Göyçayda piyadalar vurulub
Füzulidə Böyük Bəhmənli kəndi ərazisində avtomobil piyadanı vurub. 1991-ci il təvəllüdlü Turan Hüseynov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə 1955-ci il təvəllüdlü Ziyad Məcidova xəsarət yetirib. Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Göyçayda da piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Hacıyev Məhəmmədrəsul Bəşir oğlunu vurub. Yaralı Təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Azad Mustafayev