Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində minatəmizləmə işləri aparılır
Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlığın olduğu ehtimal edilən ərazi minalardan təmizlənir. ANAMA-dan verilən məlumata görə, kütləvi məzarlığa dair məlumatlarla əlaqədar ilkin olaraq 4 hektar ərazinin minalardan təmizləməsi nəzərdə tutulub. Əməliyyatın başladığı 10 gün ərzində ərazinin 10-15 faizi təmizlənib və 59 ədəd tank əleyhinə mina aşkar edilib.
Nərgiz Camalzadə