Futzal millimiz FIFA reytinqində 29-cu pillədə qərarlaşıb
Azərbaycanın futzal millisi FIFA reytinqində 29-cu pillədə qərarlaşıb. Vitali Borisovun rəhbərlik etdiyi komandanın 1139.38 xalı var. Millinin Avropa Çempionatı 2026-nın qrup mərhələsindəki rəqiblərindən Xorvatiya 16-cı, İsveç 83-cü, Yunanıstan isə 109-cu sırada yer alıb. Reytinq cədvəlinə 5 qat dünya çempionu Braziliya yığması başçılıq edir.
Azad Mustafayev