Futzal üzrə yığmamız UEFA reytinqində irəliləyib
2020-02-04 14:03
Futzal millimizin Avro-2022-nin seçmə mərhələsindəki uğurlu çıxışı UEFA reytinqindəki mövqeyimizə təsir edib. Dekabr ayı ilə müqayisədə millimiz 28.042 bal toplayaraq 6-cı pillədən 5-ci pilləyə yüksəlib. Komandanın 2018.78 xalı var. Millimizin seçmə mərhələsindəki rəqiblərindən Slovakiya 19-cu, Moldova 23-cü, Yunanıstan 39-cudur.
Nərgiz camal