Canlı
Futzal üzrə milli komandamız “4 Top Nations” beynəlxalq turnirdə qüvvəsini sınayacaq

Futzal üzrə Azərbaycan milli komandası beynəlxalq turnirdə çıxış edəcək. Yığmamız İranın İsfahan şəhərində təşkil olunacaq “4 Top Nations” ənənəvi beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Yarış dekabrın 2-dən 7-dək keçiriləcək. Turnirdə yığmamızla bərabər İran, Qazaxıstan və Rusiya milliləri də iştirak edəcək. Komandamız dekabr 3-də İran, 4-də Rusiya, 6-da Qazaxıstanla görüşəcək.

Vüsalə Camal