Futzal üzrə Çempionlar Liqasının “Dördlər finalı” koronavirusa görə növbəti xəbərdarlığa qədər təxirə salınıb
2020-03-19 10:06
Futzal üzrə Çempionlar Liqasının “Dördlər finalı” koronavirusa görə növbəti xəbərdarlığa qədər təxirə salınıb. Bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib. Turnir aprelin 24-də və 26-da Belarusun paytaxtı Minskdə keçirilməli idi. Yarımfinal oyunlarında İspaniya kollektivləri Rusiya klubları ilə üz-üzə gələcək. "Barselona" - KPRF-lə, "Mursiya" isə "Tümen"lə görüşəcək.
Fərid Mehdiyev