Futbol üzrə Türkiyə Superliqasında XXXI tur başlayıb
Futbol üzrə Türkiyə Superliqasında XXXI tura start verilib. "Qalatasaray" öz meydanında “Hatayspor”a 1:0 hesabı ilə qalib gəlib. Matçda yeganə qolu Mauro İkardi vurub. “Qalatasaray” bu qələbədən sonra 84 xalla turnir cədvəlinə başçılıq edir. Komanda ikinci pillədə qərarlaşan “Fənərbağça”dan 5 xal öndədir.
Azad Mustafayev