Futbol üzrə Türkiyə Superliqasında XXIII tura yekun vurulub
Son oyun günündə dörd qarşılaşma baş tutub. "İstanbulspor" "Samsunspor"la, "Kayserispor" "Antalyaspor"la 1:1 hesablı bərabərliyə razılaşıb. "Qalatasaray" öz meydanında "Qaziantep"i məğlub edib - 2:1. "Trabzonspor" isə evdə "Kasımpaşa"ya 2:3 hesabı ilə uduzub. Turnir cədvəlinə 60 xalla "Fənərbağça" başçılıq edir. Eyni xala malik "Qalatasaray" ikincidir.
Vüsalə Cənnətova