Futbol üzrə Türkiyə Super Liqasında 22-ci tur başlayıb
Futbol üzrə Türkiyə Super Liqasında 22-ci tura start verilib. Günün ilk matçında "Hatayspor" "Alanyaspor"u qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Azərbaycan millisinin hücumçusu Renat Dadaşov 79-cu dəqiqə oynayıb və sarı vərəqə almaqla yadda qalıb. “Beşiktaş” – “Adana Dəmirspor” matçı isə qolsuz bitib. Qonaqların heyətində Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə mübarizə aparıb və qol buraxmayıb.
Azad Mustafayev