Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi sabah təqdim olunacaq
Sabah Bakıda futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasimi və mətbuat konfransı keçiriləcək. AFFA Santuşla AVRO-2028-in seçmə mərhələsinin sonunadək müqavilə imzalayıb. Portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub.
Fərid Mehdiyev