Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları başa çatacaq. Günün ilk matçı Bakıda keçiriləcək. "Araz-Naxçıvan" - "Qəbələ" görüşü saat 16-da start götürəcək. Ötən mövsüm bu turnirdə baş tutan yeganə dueldə "qırmızı-qaralar" qələbə qazanıb. "Qəbələ" 1/8 finalda rəqibini 5 cavabsız qolla üstələyib. Günün ikinci qarşılaşması isə Sumqayıtda gerçəkləşəcək. Şəhərin eyniadlı komandası "Neftçi"ni qəbul edəcək.
Vüsalə Cənnətova