Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri keçiriləcək
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun görüşləri başa çatacaq. Saat 17-də başlayacaq günün ilk qarşılaşması Gürcüstan və Çexiya arasında baş tutacaq.
Bundan 3 saat sonra Türkiyə Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Saat 23-də günün son oyununda Belçika və Rumıniya komandaları qarşılaşacaq.
Fərid Mehdiyev