Futbol üzrə Avropa çempionatında 1/8 final oyunları başlayır
Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final oyunlarına start veriləcək.
Günün ilk matçında İsveçrə və İtaliya yığmaları axşam saat 8-də üz-üzə gələcək.
Berlindəki oyunda A və B qrupunun ikinciləri münasibətlərinə aydınlıq gətirəcək.
Saat 11-də başlayacaq növbəti görüş isə Almaniya və Danimarka seçmələri arasında baş tutacaq. Meydan sahibləri A qrupunun birincisi, danimarkalılar isə C qrupunun ikincisidir.
Fərid Mehdiyev