Futbol üzrə Avropa çempionatı davam edir
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunda Danimarka - İngiltərə görüşü heç-heçə ilə
yekunlaşıb - 1:1.
C qrupunun oyununda UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyeva olub.
İspaniya - İtaliya görüşündə isə "buğalar" 1:0 hesabı ilə qalib gəliblər. İspaniya yığması B qrupunda xallarının sayını 6-ya çatdıraraq 1/8 finala vəsiqəni təmin edib.
Bu gün qrup mərhələsinin II turu çərçivəsində saat 17-də E qrupunda Slovakiya və Ukrayna seçmələri üz-üzə gələcəklər.
D qrupunun saat 20-də baş tutacaq oyununda Polşa və Avstriya komandaları qarşılaşacaqlar.
Qrupun Niderland - Fransa matçı isə saat 23-ə təsadüf edəcək.
Vüsalə Cənnətova