Canlı
Futbol veteranlarından ibarət milli komandamız Tbilisidə xatirə turnirinə qatılacaq

Futbol veteranlarından ibarət Azərbaycan milli komandası yanvarın 15-də Gürcüstanın paytaxtı Tbilisidə 1 il əvvəl faciəvi şəkildə dünyasını dəyişmiş gürcü futbolçu və UEFA-nın meneceri David Petriaşvilinin xatirəsinə həsr olunmuş beynəlxalq mini-futbol turnirində iştirak edəcək. Gürcüstan, Azərbaycan, İspaniya, Türkiyə, Ukrayna və UEFA-nın yığma komandasının qatılacağı turnirdə millimiz yarımfinala vəsiqə qazanmaq üçün İspaniya və Ukraynanın futbol veteranları ilə mübarizə aparacaq.

Azad Rəfi