Futbol millisində debüt matçı olub
2020-11-12 16:09
Futbol üzrə Litva və Farer adaları yığmaları arasında keçirilmiş yoldaşlıq oyununda maraqlı hadisə baş verib. Qonaqların heyətində peşəkar həndbolçu Hilmar Leon Yakobsen meydana çıxıb. Ölkəsinin həndbol millisinin də üzvü olan 23 yaşlı hücumçu start heyətində yer alıb və sonadək mübarizə aparıb. Bu, onun futbol millisində debüt matçı olub.
Nərgiz Camal