Futbol millimiz FİFA reytinqində yenə geriləyib
2021-02-10 14:12
FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. 2022-ci ilin ilk cədvəlində bəzi dəyişikliklər baş verib. Bu dəyişikliklər Azərbaycan millisindən də yan ötməyib. Bir pillə geriləyən yığmamız 1139 xalla dünyanın 121-ci komandasıdır. Türkiyə millisi 1472 xalla 39-cudur. İlk “üçlük”də dəyişiklik olmayıb. Belçika 1, Braziliya 2, Fransa isə 3-cü sırada yer alıb.
Nərgiz camal