Futbol hakimləri koronavirus testindən keçib
2020-05-15 14:07
Futbol üzrə Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər koronavirus testi veriblər. Onlar milli assosiasiyanın təşkilatçılığı ilə AFFA Futbol Akademiyasında yoxlamadan keçiblər. Ədalət təmsilçilərindən qan analizi götürülüb və temperaturları yoxlanılıb.
Nərgiz Camal