Futbol üzrə Uruqvay milli komandasında koronavirusa kütləvi yoluxma aşkarlanıb
2020-11-19 18:07
Futbol üzrə Uruqvay milli komandasında koronavirusa kütləvi yoluxma aşkarlanıb. Müdafiəçi Aleksis Rolin və hücumçu Dieqo Rossinin test nəticəsi müsbət olub. Komandanın 5 üzvü də virusa yoluxub. Bir neçə gün öncə İspaniya "Atletiko"sunun uruqvaylı futbolçusu Luis Suaresdə də koronavirus aşkarlanıb. Təcrübəli forvard bu səbəbdən Madrid təmsilçisinin növbəti oyunlarını buraxmalı olacaq.
Fərid Mehdiyev