Futbol üzrə Ukrayna milli komandası üçün xüsusi forma hazırlanıb
2021-05-10 18:12
Futbol üzrə Ukrayna milli komandası üçün xüsusi forma hazırlanıb. Geyim dəstinin üzərində ölkənin xəritəsi təsvir olunub. Dövlət sərhədləri isə ukraynalılara yardım göstərən ölkələrin bayraqlarının olduğu xətlərlə göstərilib. Onların arasında Azərbaycan və Türkiyə bayraqları da var. Yığma bu formalardan yalnız DÇ-2022-nin pley-off matçlarına hazırlıq matçlarında istifadə edəcək.
Vüsalə camal