Futbol üzrə UEFA Avropa Liqasının 1/16 final mərhələsi başa çatıb
2021-02-26 10:05
Futbol üzrə UEFA Avropa Liqasının 1/16 final mərhələsi başa çatıb. Dünən keçirilən oyunlardan sonra 1/8 finala adlayan bütün komandaların adlarına aydınlıq gəlib. Niderlandın "Ayaks", İspaniyanın "Vilyarreal" və "Qranada", Ukraynanın "Şaxtyor" (Donetsk), Norveçin "Molde", Şotlandiyanın "Reyncers" və İngiltərənin "Arsenal" komandaları növbəti mərhələyə adlayıblar. "Mançester Yunayted", "Tottenhem", "Milan", "Roma", İsveçrənin "Yanq Boyz", Xorvatiyanın "Dinamo" (Zaqreb), Yunanıstanın "Olimpiakos", Çexiyanın "Slaviya" (Praqa) və Ukraynanın "Dinamo" (Kiyev) klubları da növbəti mərhələdə iştirak hüququ əldə ediblər.
Nərgiz camal