Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub
2021-02-25 10:03
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. İtaliyada “Atalanta” və “Real Madrid” komandaları qarşılaşıb. “Atalanta” 17-ci dəqiqədə azlıqda qalıb. Görüş “Real”ın minimal hesablı qələbəsi ilə başa çatıb. Günün digər matçı Almaniyanın “Borussiya Mönhenqladbax” və İngiltərənin “Mançester Siti” klubları arasında keçirilib. Qarşılaşma pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdə baş tutub. Oyun Mançester təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar arasında cavab görüşləri martın 17-də təşkil ediləcək.
Nərgiz camal