Futbol üzrə U-19 Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub. Kollektiv 2-ci qrupdadakı sonuncu oyununda Lüksemburq yığmasına minimal hesabla məğlub olub. Yeganə qolu 7-ci dəqiqədə penaltidən Leon Elşan vurub. Beləliklə, qrupda keçirdiyi bütün oyunları uduzan Azərbaycan milli komandası seçmə mərhələdə xal qazana bilməyib. 5 xalı olan Türkiyə qrup lideri, eyni xala malik Lüksemburq isə ikinci yerin sahibi kimi növbəti mərhələyə adlayıb.