Futbol üzrə Türkiyə superliqasında 19-cu tur başa çatıb
2020-01-28 10:06
Futbol üzrə Türkiyə superliqasında 19-cu tur başa çatıb. Bağlanış günü lider “Sivasspor” evdə “Rizəspor”u sınağa çəkib. Doğma meydanda rəqiblərinə xal verməyən sivaslılar bu görüşdə sülh bağlayıblar. Hərəyə 1 dəfə fərqlənən tərəflər meydanda 1:1 hesabıyla bərabərə qalıblar. 2 xal itirməsinə baxmayaraq Sivaspor 4 xal fərqlə ilk pillədəki mövqeyində qalıb.
Fərid Mehdiyev