Futbol üzrə Türkiyə superliqasının 13-cü turunda derbi həyəcanı yaşanıb

2019-12-02 10:06

Futbol üzrə Türkiyə superliqasının 13-cü turunda derbi həyəcanı yaşanıb. Trabzonspor doğma publika qarşısında Qalatasarayı qəbul edib. Qarşılaşmada tərəflər hərəyə 1 qol vuraraq meydandan sülhlə ayrılıblar. Qaradənizlilərdən Aleksander Sörlot, cim-bomdan isə Yuto Naqotomo fərqlənən oyunçular olub.

Fərid Mehdiyev