Futbol üzrə Türkiyə Super Liqasında VI tur davam edir. Turun mərkəzi görüşü İstanbulda keçirilib
2020-10-26 11:10
Futbol üzrə Türkiyə Super Liqasında VI tur davam edir. Turun mərkəzi görüşü İstanbulda keçirilib. “Fənərbaxça” doğma meydanda əzəli rəqiblərindən olan “Trabzonspor”u sınağa çəkib. Dörd qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə başa çatıb. Görüşdə hesabı “bordo mavililər” açsa da, İstanbul təmsilçisi ikinci hissədə vurduğu qollarla oyunun axarını dəyişib. "Fənər" rəqibini 3:1 hesabı ilə məğlub edib. Tura bu gün keçiriləcək “Dənizlispor” – “Beşiktaş” və “Sivasspor” – “Rizəspor” matçları ilə yekun vurulacaq.
Vəfa Şairova