Futbol üzrə Türkiyə Super Liqasında 21-ci tura start verilib
2021-01-15 10:06
Futbol üzrə Türkiyə Super Liqasında 21-ci tura start verilib. Həftənin açılış matçında “Beşiktaş” doğma meydanda “Qaziantep”i qəbul edib. Yüksək tempdə keçən matçda meydan sahiblər qalib gəliblər. "Qara qartal"a qələbəni gətirən yeganə qolu Belçikalı ulduzu Batşuai vurub. Matçın son saniyələrində "ağ-qara"lar Larinlə daha bir dəfə fərqlənsələr də, görüşün baş hakimi VAR-dan gələn xəbərdarlıq sonrası qolu ofsayd səbəbindən ləğv edib. Yekun hesab 1:0.
Vüsalə camal