Futbol üzrə Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçber koronavirusa yoluxub
2020-03-29 16:08
Futbol üzrə Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçber koronavirusa yoluxub. Bu barədə məlumatı veteran futbolçunun xanımı İşıl Reçber sosial şəbəkə hesabında paylaşıb. O, Rüştünün koronavirusa yoluxması səbəbiylə xəstəxanaya yerləşdirildiyini bildirib. Türkiyə millisində 120-dən çox oyun keçirən Rüştü, karyerası ərzində “Antalyaspor”, “Fənərbaxça”, “Beşiktaş” və “Barselona” kimi klubların şərəfini qoruyub.
Vəfa Şairova