Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində Beşiktaş İstanbulda Ərzurumsporla görüşüb
2020-01-23 10:07
Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində Beşiktaş İstanbulda Ərzurumsporla görüşüb. İlk qarşılaşmada rəqibinə səfərdə 3:2 hesabıyla məğlub olan qara qartal revanş almaq istəsə də, bunu bacarmayıb. Qonaq komanda bu görüşdə də eyni hesabla qələbə qazanıb. İki oyunun nəticəsinə əsasən Beşiktaş kubokda mübarizəni dayandırıb.
Fərid Mehdiyev