Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinin cavab görüşləri keçirilir
2020-02-13 10:07
Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinin cavab görüşləri keçirilir. İkinci oyun günündə bir qarşılaşma baş tutub. “Qalatasaray” Türk Telekom Arenada “Alanyaspor”u qəbul edib. Sarı-qırmızılar bu görüşdə 3:1 qələbə qazansa da, iki oyunun nəticəsinə əsasən antalyalılar növbəti mərhələyə çıxıblar.
Fərid Mehdiyev