Futbol üzrə Rusiya Premyer Liqasında koronavirus pandemiyası ilə bağlı yaranan məcburi fasilə başa çatıb
2020-06-20 12:08
Futbol üzrə Rusiya Premyer Liqasında koronavirus pandemiyası ilə bağlı yaranan məcburi fasilə başa çatıb. “Krılya Sovetov” – “Axmat” oyunu qonaqların 2:4 hesablı qələbəsi ilə yekunlaşıb. “Soçi” - “Rostov” görüşü isə 10:1 hesabı ilə nəticələnib. Sonuncuların 6 futbolçusunda koronavirus aşkarlandığı üçün, komandanın bütün kollektivi karantinə alınıb. “Rostov” qarşılaşmaya yeniyetmə və gəncləri göndərmək məcburiyyətində qalıb və bu, nəticəyə təsirsiz ötüşməyib.
Fərid Mehdiyev