Futbol üzrə Rusiya Premyer Liqası iyunun 19-da bərpa olunacaq
2020-06-02 16:09
Futbol üzrə Rusiya Premyer Liqası iyunun 19-da bərpa olunacaq. Baş nazirin müavini Dmitri Çernışenkonun sözlərinə görə, çempionat matçlarında azarkeşlər məhdud sayda - stadionun tutumunun 10 faizinə qədər olacaq. Rusiya Premyer Liqası martın 17-də koronavirus pandemiyasına görə dayandırılıb.
Vüsalə Camal