Futbol üzrə Portuqaliya milli komandası yoldaşlıq oyununda Andorra yığması ilə qarşılaşıb
2020-11-12 12:03
Futbol üzrə Portuqaliya milli komandası yoldaşlıq oyununda Andorra yığması ilə qarşılaşıb. Oyun Portuqaliya yığmasının 7:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada qollardan birini komandanın kapitanı Kriştianu Ronaldu vurub. Beləliklə, ulduz futbolçu Portuqaliya yığmasının heyətində artıq 102-ci dəfə fərqlənib. Ronaldu İranın futbol yığmasının Azərbaycan əsilli keçmiş oyunçusu Əli Dayinin rekordunu qırmaq üçün milli komandanın heyətində daha 7 qola imza atmalıdır.
Vüsalə Camal