Futbol üzrə İtaliya A Seriyasında 26-cı turun mərkəzi görüşü "İnter" və "Atalanta" komandaları arasında keçirilib

2021-03-09 10:07

Futbol üzrə İtaliya A Seriyasında 26-cı turun mərkəzi görüşü "İnter" və "Atalanta" komandaları arasında keçirilib. 1:0 hesablı qələbədən sonra xalını 62-yə çatdıran "İnter" liderliyini möhkəmlədib. "Atalanta" isə 49 xalla 5-cidir. Futbol üzrə İngiltərə çempionatının 27-ci turunda “Çelsi” “Everton”u qəbul edib. Matç “Çelsi”nin vurduğu iki qolla yekunlaşıb. Bununla da, komanda məğlubiyyətsiz oyunlar seriyasını 12-yə çatdırıb. Futbol üzrə Türkiyə çempionatının 29-cu turunun sonuncu qarşılaşmasında “Fənərbağça” “Konyaspor”un qonağı olub. İstanbul təmsilçiləri rəqib qapısından üç cavabsız top keçiriblər. Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 60 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 58 xalla "Qalatasaray", üçüncü pillədə isə "Fənərbağça" qərarlaşıb.

Nərgiz camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik