Futbol üzrə İtaliya A seriyasında 21-ci tur start götürüb
2020-02-06 10:10
Futbol üzrə İtaliya A seriyasında 21-ci tur start götürüb. Günün ilk və tək qarşılaşmasında Fiorentina - İnteri qəbul edib. Matç qonaqların inamlı qələbəsi ilə yekunlaşıb. İlk hissədə Barela, ikinci hissədə isə İvan Perişiçin vurduğu qol görüşdə həlledici olub. 0:2. Bu nəticə ilə İnter xallarının sayını 47-yə çatdırıb və oyun fərqi ilə liderliyə yüksəlib, Fiorentina isə 22 xalla 12-ci pillədə qalıb.
Vüsalə Camal