Futbol üzrə İtaliya A seriasında COVID-19 pandemiyasına görə, azarkeşlər gələn ilin martına qədər stadionlara gedə bilməyəcək
2020-04-17 18:05
Futbol üzrə İtaliya A seriasında COVID-19 pandemiyasına görə, azarkeşlər gələn ilin martına qədər stadionlara gedə bilməyəcək. Bu barədə AS nəşri məlumat yayıb. Məlumata əsasən, apennin yarımadasında futbol mövsümü mayın 31-də fanatlar olmadan start götürəcək. Azarkeşlər stadiona ən yaxşı halda 2021-ci ilin martında bütün sərhədlər və məhdudiyyətlər aradan qaldırıldıqdan sonra buraxılacaq.
Fərid Mehdiyev