Futbol üzrə İspaniya La Liqasında 9-cu tur başa çatıb

2019-10-21 10:04

Futbol üzrə İspaniya La Liqasında 9-cu tur başa çatıb. "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sevilya" evdə "Levante"lə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmanın taleyini 1 qol həll edib. Sevilyanın heyətində Lyuk de Yonq fərqlənərək qonaqları evə xalsız yollayıb.

Fərid Mehdiyev